Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (iyul 2024) |
DIS-200 və ya MiG-5, (Дальний истребитель сопровождения — "uzun mənzilli qırıcı eskortu"), SSRİ-nin İkinci dünya müharibəsi zamanında istifadə etmək istədiyi MiQ Dizayn Bürosu tərəfindən yaradılmış olan bir prototip idi. Cüt mühərrikli və cüt quyruqlu kombinasiya edilmiş olan təyyarədən sadəcə olaraq iki ədəd istehsal edilmişdir. Kəşfiyyat təyyarəsi və bombardmançı kimi istifadə edilməsi planlaşdırılmışdı, amma bu plan heç vaxt həyata keçirilməmişdir.
MiQ-5 | |
---|---|
![]() | |
Tipi | Qırıcı |
İstehsalçı | MiG |
İlk uçuş | 11 iyun 1941 |
İstismarçılar | |
![]() |
İlk örnək T dizayn ofisi tərəfindən Mikulin AM-37 mühərriki ilə istehsal edilmişdir. İlk uçuşunu 1941-ci ilin oktyabr ayında reallaşdırmışdır. Testləri çox uğurlu olmuşdur. İkinci örnək, IT, Shvetsov M-82F motoru ilə 1942-ci ilin oktyabr ayında hazır edildi, ancaq ilk uçuş reallaşdırılmadan layihə ləğv edilmişdir. Prototipin uğuruna baxmayaraq yükgötürmə tutumu və qabiliyyətləri istehsal olunan Petlyakov Pe-2 ilə çox yaxın olduğu düşünülmüş və buna görə də layihə ləğv edilmişdir. MiQ-5 adı bu təyyarə üçün nəzərdə tutulmuş olsa da, istehsalı baş tutmadığı üçün adı DIS olaraq qalmışdır.