Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Mikayıl Cəbrayılov (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı, Xocalı rayonu) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Mikayıl Cəbrayılov | |
---|---|
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1952(1952-04-27) |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1990(1990-12-15) (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycan |
Atası | Əhmədiyyə Cəbrayılov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Rütbəsi | |
Vəzifəsi | sahə inspektoru |
Döyüşlər | Birinci Qarabağ müharibəsi Şuşa, Xocalı |
Təltifləri |
![]() |
![]() |
Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.
Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.
1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar. Milis nəfəri Arzu Əliyev başından aldığı snayper gülləsindən yerindəcə Şəhid olur. Erməni döyüşçülərlə ölüm-dirim savaşına atılan Mikayıl Cəbrayılov çiynindən güllə yarası almasına baxmayaraq o təslim olmur son anadək vuruşaraq 1990-il 15 dekabrda döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edərkən qəhrəmancasına döyüş meydanında Şəhid olur.
Ailəli idi, dörd övladı var.
Azərbaycan Respublikası prezidenti Əbülfəz Eıçibəyin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.
Mikayılın adına Şəki şəhərində küçə var.
Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.