Mikelancelo Antonioni — italyan kinorejissoru.
Mikelancelo Antonioni | |
---|---|
it. Michelangelo Antonioni | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Ferrara, İtaliya krallığı |
Vəfat tarixi | (94 yaşında) |
Vəfat yeri |
Roma, ![]() |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1950–2007 |
Təhsili |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0000774 |
michelangeloantonioni.it | |
![]() |
Mikelancelo Antonioni 30-cu illərdə kino tənqidçisi və ssenarist kimi fəaliyyətə başlamış, "Bianco e nero" və "Cinema jurnallarında işləyən antifaşist əhvali-ruhiyyəli gənc kinematoqrafçılar qrupuna daxil olmuşdur.
“Po çayı sahilində yaşayan adamlar” (1947) Antonioninin rejissor debütüdür. İnsanın tənhalığı, cəmiyyətin amansızlığı Antonioni filmlərinin əsas mövzusudur. “Süpürgəçilər” (1948), “Mövhumat”, “Eybəcərlər evi” və s. sənədli filmlər çəkmişdir. “Bir sevginin tarixçəsi” (1950) Antonioninin ilk bədii filmidir. “Rəfiqələr” (1955) “Qışqırıq” (1957), “Macəra” (1960), “Gecə” (1960), “Tutqunluq”(1961), “Qırmızı səhra” (1964), "Şəkilböyütmə" (1966), "Zabriski Poynt" (1970), “Peşəsi reportyordur” (1975), "Qadınların eyniləşməsi" (1982) Antonioninin məşhur filmləridir. Rəqəmli texnologiyadan istifadə edərək yeni bədii effektlərə nail olmağa can atmış və 1980-ci ildə “Ober valdın sirri” adlı televiziya filmi çəkmişdir. Sevdiyi mövzulara qayıdaraq, rejissor “Qadınların eyniləşməsi” (1982) filmini yaratdıqdan sonra 1960-cı illərdəki estetik duyumunun tükəndiyini hiss edir. Ağır xəstəlik keçirdikdən sonra yalnız 1997-ci ildə V.Venderslə birlikdə “Buludlar arxasında”, 2004-cü ildə isə “Eros” filmlərini çəkmişdir. Mikelancelo Antonioni film çəkilişləri üçün 1976-ci ildə 10 günlük Azərbaycanda olub.
Antonioninin filmləri yüksək rejissorluq sənəti nümunələridir. Bir çox filmi Beynəlxalq kino festivallarında mükafatlar almışdır. O, "Şəkilböyütmə" filminə görə Kann kinofestivalının baş mükafatına layiq görülmüşdür. 1997-ci ildə isə kino fəaliyyətinə görə “Oskar” mükafatına layiq görülmüşdür.
[1], [2], [3]