. Love.az

Mil Moskva Helikopter Zavodu - Wikipedia - Love.az

Ana Səhifə - Mil Moskva Helikopter Zavodu

Mil Moskva Helikopter Zavodu (rus. Московский вертолётный завод им. М.Л. Миля) baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir.[3] Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır.

Mil Helikopterləri
Национальный центр вертолётостроения имени М. Л. Миля и Н. И. Камова
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyət
Sənaye Maşınqayırma
Məhsulu Helikopter
Təsis tarixi 1947
Bağlanma tarixi 2020
Baş qərargahın yeri
  • Moskva vilayəti
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 4.031.042.000 ₽ (2017)[2]
Ümumi aktivlər
  • 16.739.389.000 ₽ (2017)[2]
Ümumi gəliri
  • 10.754.617.000 ₽ (2017)[2]
Xalis mənfəəti ▲ 921.7 milyon rubl (2010)[1]
Əməliyyat mənfəəti
  • 1.252.207.000 ₽ (2017)[2]
Struktur
İşçi sayı 3246
Ana şirkət Rostek
Rəhbərlik
Təsisçi
  • Mixail Mil
russianhelicopters.aero/ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 İstehsalat
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur.[4]

Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur.

2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan Kamov və Rostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu.

İstehsalat

redaktə

Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır:

  • Mil Mi-1
  • Mil Mi-2
  • Mil Mi-4
  • Mil Mi-6
  • Mil V-7
  • Mil Mi-8
  • Mil Mi-10
  • Mil Mi-12
  • Mil Mi-14
  • Mil Mi-24
  • Mil Mi-26
  • Mil Mi-28
  • Mil Mi-34
  • Mil Mi-38

Həmçinin bax

redaktə
  • Mixail Mil
  • Helikopter

İstinadlar

redaktə
  1. ↑ Годовой отчёт компании за 2010 год[ölü keçid]
  2. ↑ 1 2 3 4 https://www.kartoteka.ru/card/2b7d24e54ac7730883b49f6bab4f4f3c/.
  3. ↑ "MIL Moscow Helicopter Plant, Joint-Stock Company". Bloomberg. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Dekabr 2017.
  4. ↑ Vershinin, Alexander. "The Moscow helicopter factory that put the 'Mil' in military aviation". Russia Beyond the Headlines. 31 Avqust 2015. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Dekabr 2017.

Xarici keçidlər

redaktə
  Vikianbarda Mil Moskva Helikopter Zavodu ilə əlaqəli mediafayllar var.
  • Сайт вертолётов МИ LTd «Helitage» Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine
  • Московский вертолётный завод имени М. Л. Миля. Издательство «Вертолёт» Arxivləşdirilib 2014-12-20 at the Wayback Machine
  • Московский вертолётный завод имени М. Л. Миля. Авиация: Энциклопедия. — М.: Большая Российская Энциклопедия. Главный редактор Г. П. Свищев. 1994
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mil_Moskva_Helikopter_Zavodu&oldid=6669512"
LOVE.AZ