Mino Rayola (it. Mino Raiola, 4 noyabr 1967[1], Noçera-İnferyore[d], Kampaniya – 30 aprel 2022[2], Milan) — İtalyan əsilli Niderland futbol agenti. O, bir çox tanınmış futbolçuların, o cümlədən, Pavel Nedved, Zlatan İbrahimoviç, Lorenzo İnsine, Mario Balotelli, Romelu Lukaku və Pol Poqbanın agenti olmuşdur.
Mino Rayola | |
---|---|
it. Carmine Raiola | |
Rayola 1994-cü ildə | |
Doğum tarixi | 4 noyabr 1967(1967-11-04)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2022(2022-04-30)[2] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik[3] |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | Futbol agenti |
Fəaliyyət illəri | 1992–2022 |
![]() |
Rayola 1967-ci ildə İtaliyanın cənubundakı Kampaniya əyalətinin Noçere-İnferyore şəhərində anadan olub. O, bir il sonra valideynləri ilə Hollandiyanın Haarlem şəhərinə köçmüşdür.[4][5] Hollandiyada Rayolanın gənclik illəri atasının qurduğu pizzaçılar şəbəkəsində keçib.,[6] O, atasına yaxınlaşmaq üçün əvvəlcə qab-qacaq yuyurdu, sonra isə ofisiant kimi çalışırdı.[7][8]
Rayola ailəsi ilə birlikdə Monako knyazlığında yaşayırdı.[7] O, yeddi dildə danışırdı: italyan, ingilis, alman, ispan, fransız, portuqal və holland.[4]
2022-ci il aprelin 30-da Rayolanın ailəsi onun 54 yaşında dünyasını dəyişdiyini təsdiqləyən bəyanat yayıb.[9]