. Love.az

Mir Ismayil Seyidzade - Wikipedia - Love.az

Ana Səhifə - Mir Ismayil Seyidzade
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Seyidzadə Mir İsmayıl Seyid Əhməd oğlu (30 yanvar (11 fevral) 1896, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 13 fevral 1982, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Mir İsmayıl Seyidzadə
Doğum tarixi 30 yanvar (11 fevral) 1896
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 fevral 1982(1982-02-13) (86 yaşında)
Vəfat yeri
  • Ankara, Türkiyə
Uşağı
  • Nuri Saryal
Təhsili İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1]
Şarlonttenberq Texniki Universiteti
Fəaliyyəti mühəndis, memuarçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Mir İsmayıl Seyidzadə Lənkəran kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Seyidzadənin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi.

Həmçinin bax

redaktə
  • Cümhuriyyət tələbələri

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mir_İsmayıl_Seyidzadə&oldid=8023987"
LOVE.AZ