Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir.
Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir[1]. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi.
Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.[2]. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.[3]. Turnir iki hissədən ibarətdir:
1. İlkin. 2. Final.
İlkin hissədə iştirakçılar standart hərəkətlərlə öz əzəllərini nümayiş etdirir. Final mərhələsində isə hakimlər tərəfindən seçilmiş iştirakçılar sərbəst proqramla çıxış edirlər.
55 illik turnir tarixinin (1965–2019) cəmi 15 qalibi olmuşdur.[4]
Hələlik 13 qalib arasında ən yüksək nəticə Li Xeyni ilə Ronni Kolemana məxsusdur.[5]
1 dəfə qalib gələnlər:Kris Dikerson(1982), Samir Bannut(1983), Dekster Cekson (2008), Şon Roden (2018) , Hadi Çoban (2022),
2 dəfə qalib gələnlər:Larri Skot(1965–1966), Franko Kolombo(1976, 1981)
3 dəfə qalib gələnlər:Sejio Oliva(1967–1969), Frenk Zeyn(1977–1979)
4 dəfə qalib gələnlər:Cey Katler(2006–2007, 2009–2010)
6 dəfə qalib gələnlər:Dorian Yets(1992–1997)
7 dəfə qalib gələnlər:Arnold Şvartsenegger(1970–1975, 1980), Fil Hit (2011–2017)
8 dəfə qalib gələnlər:Li Heyni(1984–1991), Ronni Koleman(1998–2005).
Mister Olimpiya heçdə bir yarışdan ibarət deyil. 2010-cu ildən sonra bu turnirin tərkibində 9 müxtəlif kateqoriya mövcuddur:[6]