Mixail Attaliat (yun. Μιχαήλ Ἀτταλειάτης; 1021, Antalya – təq. 1080) — XI əsr Bizans tarixşünası və hüquqşünası.
Mixail Attaliat | |
---|---|
q.yun. Μιχαήλ Ἀτταλειάτης | |
Doğum tarixi | 1021 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1080 |
![]() |
|
![]() |
Mixail Attaliat böyük ehtimalla 1030–1040-cı illər arasında Bizans imperiyasının Attaliya şəhərində anadan olmuşdur. Onun növbəti illərdə imperiyanın paytaxtı olan Konstantinopol şəhərinə köçdüyü güman edilir. O, Konstantinopolda məhkəmə və hərbi hakim kimi çalışmışdır.[1]
O, IV Roman Diogenin 1068-ci ildə səlcuq türklərinə qarşı başlatdığı yürüşdə iştirak etmişdir.[2] Attaliat 1072-ci ildə imperator VII Mixail Duka üçün «Libri Basilici» adlandırılan yenilənmiş qanunnaməni tərtib etmişdir. O, 1077-ci ildə Rodost şəhərində bir monastır qurmuş və onun nizamnaməsini tərtib etmişdir, hansı ki, Bizans imperiyasının IX əsrdəki sosial-iqtisadi vəziyyəti haqqında olan əhəmiyyətli bir mənbə hesab edilir. Həmin il o, vəsiyyətnamə («Diataxis») yazır. Bu 50 səhifəlik vəziyyətnamə içində monastıra veriləcək olan mülklərin və ən azı doqquz kitabın siyahısı var.[3]
O, 1079–1080-ci illərdə «Tarix» əsərini ərsəyə gətirir. Əsər Bizans imperiyasının 1034–1079-cu illərdəki tarixini, imperiya daxilindəki siyası qarışıqlıq və səlcuq türklərinin şərq cəbhəsindən göstərdiyi təzyiqi əhatə edir.[4]