. Love.az

Monarxizm - Wikipedia - Love.az

Ana Səhifə - Monarxizm

Monarxizm — monarxın ali səlahiyyətlərə malik olan dövlət başçısı olduğu bir idarəetmə forması hesab edilən monarxiyanı müdafiə edən siyasi doktrinadır. Bu siyasi doktrinanı müdafiə edən şəxsə monarxist deyilir.

Dövlət idarəetmə formaları
  • Aristokratiya
  • Demokratiya
    • Təqlidçi demokratiya
    • Liberal demokratiya
    • Nümayəndəli demokratiya
    • Birbaşa demokratiya
    • Burjua demokratiyası
  • Despotizm
  • Cəmahiriyyə
  • Diarxiya
  • Diktatura
    • Hərbi diktatura
    • Faşist diktaturası
  • Kleptokratiya
  • Korporatokratiya
  • Meritokratiya
  • Monarxiya
    • Mütləq monarxiya
    • Uzurpasiya
    • Konstitusiyalı monarxiya
      • Dualistik monarxiya
      • Parlament monarxiyası
    • Silki-nümayəndəli monarxiya
  • Netokratiya
  • Birpartiyalı sistem
  • Oliqarxiya
  • Oxlokratiya
  • Plutokratiya
  • Respublika
    • Parlament respublikası
    • Prezident respublikası
    • Qarışıq respublika
  • Teokratiya
  • Texnokratiya
  • Tiraniya
redaktə
 Mütləq monarxiyalar  Yarım konstitusional monarxiyalar  Parlamentli monarxiyalar  Millətlər Cəmiyyəti əraziləri (şəxsi birlikdə parlament monarxiyaları)  Submilli monarxiyalar

Monarxizm, hər hansı bir sülalə və ya liderdən asılı olmayaraq bu formada olan hökuməti müdafiə edən bir fikirdir. Müəyyən bir sülalənin hakimiyyətinin müdafiəsinə isə royalizm/səltənətçilik deyilir. Tarixi baxımdan kral tərəfdarları ilə mübarizə aparanlara “respublikaçılar” deyildiyinə görə, monarxizmə qarşı çıxanlara da hal-hazırda respublikaçı deyirlər. Ölkədən ölkəyə dəyişikliklər nümayiş etdirmiş olsa da, ümumi olaraq götürüldükdə bir ölkədə monarxizmin əksi bir sülaləni dəstəkləmək, onun hakimiyyət başına qayıtmasını istəmək və ya taxtda oturan hər hansı bir şəxsin kral/sultan kimi dəstəklənməsi, taxtda oturan şəxsə qarşı hakimiyyət iddiası edərək çıxanın ətrafına tərəfdarlar cəmləməsi yaxud taxtdan salınmış bir şəxsin geri qayıtmasını istəmək formasında ola bilər.

Mündəricat

  • 1 Monarxiyalar
    • 1.1 Mövcud monarxiyalar
    • 1.2 Ləğv edilmiş monarxiyalar
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Monarxiyalar

redaktə

Mövcud monarxiyalar

redaktə

Monarxizm və royalizm arasındakı fərqi aydınlaşdırmaq üçün Birləşmiş Krallığın nümunəsini göstərmək kifayətdir. İngiltərə vətəndaş müharibəsi royalizmin bir nümunəsidir və respublikaçılar ilə kral tərəfdarları arasındakı bu müharibədə müəyyən bir kral (I Karl) və bir sülalə dəstəklənmişdir. Ancaq monarxizm Birləşmiş Krallığın bir monarx, tək bir hökmdar tərəfindən idarə edilməli olduğu fikrini müdafiə edir. Müasir dövrdə Birləşmiş Krallığı idarə edən Vindzorlar sülaləsinə rəğbət bəsləyən və monarxiyanı dəstəkləyən əhəmiyyətli bir sosial baza mövcuddur.[1]

Ləğv edilmiş monarxiyalar

redaktə
Əsas məqalə: Osmanlı sultanlığının ləğvi
Əsas məqalə: Al və ağ qızılgül müharibələri
Əsas məqalə: İngiltərə burjua inqilabı
Əsas məqalə: Oktyabr inqilabı

Türkiyədə və ya əvvəllər hökmranlıq etdiyi coğrafiyalarda yenidən Osmanlı dövlətini yaratmaq arzusunda olan qruplar olduğu kimi, Osmanoğlu nəslindən olan hər hansısa bir hökmdarın yenidən hakimiyyət başına gəlməsi fikirini müdafiə edən kiçik bir qrup da mövcuddur. Bunların hamısı royalist/səltənətçi kateqoriyası altında birləşdirilir. Monarxistlər isə nümunə göstərilən ölkə üçün ən yaxşı idarəetmə formasının monarxiya olacağı fikrini müdafiə etsələrdə, bunun məhz Osmanlı sülaləsi olub-olmaması onlar üçün mühüm deyildir. Onlar üçün mühüm olan idarəetmə formasının monarxiya olmasıdır. Oxşar bir forma Mərkəzi Avropada, xüsusilə Habsburqlar sülaləsini hakimiyyət başında görmək istəyənlərlə Polşada olduğu kimi, Polşada monarxizmi müdafiə edənlərin taxt-tacı həmin sülaləyə təklif etməsi arasında müşahidə oluna bilər.[2]

İstinadlar

redaktə
  1. ↑ "Radikal - Bu İngilizler krallığı neden devam ettiriyor? - 30 Nisan 2014". 27 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  2. ↑ Habsburg Düşesi kendi sarayında kiracı!

Ədəbiyyat

redaktə
  • Водовозов Василий Васильевич. Монархисты  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Xarici keçidlər

redaktə
  • Всероссийский Монархический Центр (официальный сайт)
  • Сайт Российский Имперский Союз-Орден в Европе
  • Российский Имперский Союз-Орден
  • Сайт «Легитимист»
  • Российское имперское движение
  • Украинский Традиционалистический клуб
  • Сайт «Русское Самодержавие»
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Monarxizm&oldid=8140796"
LOVE.AZ