Monqol imperiyasının Macarıstan krallığına ilk hücumu 1241-ci ilin martında başlamışdır. Monqollar 1242-ci ilin mart ayının sonunda geri çəkilməyə başladılar.[14]
Monqolların Macarıstana yürüşləri | |||
---|---|---|---|
Avropanın monqollar tərəfindən istilası | |||
İohann de Turoçun əsəri olan Chronica Hungarorumda monqolların istilası təsvir olunmuşdur | |||
Tarix | 1241 mart – 1242 aprel | ||
Yeri | Macarıstan krallığı və Xorvatiya krallığı (müasir Macarıstan, Xorvatiya, Slovakiya, Serbiya və Rumıniya) | ||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Monqol imperiyası XIII əsrin əvvəllərində Çingiz xanın rəhbərliyi ilə böyük bir imperiyaya çevrilmişdi. Onun varisləri Avropaya qədər yürüşlərə başlamış, 1236–1242-ci illərdə Qızıl Orda xanlığının təməlini qoymuşdular. 1236-cı ildən başlayaraq monqol qoşunları Volqa Bolqarıstanını, Rus knyazlıqlarını və Polşanı işğal edərək Macarıstan istiqamətinə irəliləmişlər. 1241-ci ilin yazında monqollar Macarıstan sərhədlərinə daxil oldular. 11 aprel 1241-ci ildə baş verən Mohi döyüşü bu yürüşlərin kulminasiya nöqtəsi olmuşdur. Macar kralı IV Bela böyük ordu toplasa da, monqolların taktiki ustalığı və çevik hərəkətləri nəticəsində ağır məğlubiyyətə uğradı.[15][16][17]
Monqollar Macarıstanın böyük ərazilərini işğal etdilər, şəhər və kəndləri yandıraraq, əhalini kütləvi şəkildə qırdılar və köçürdülər. Tarixçilər bu yürüş zamanı Macarıstan əhalisinin üçdə birinin həlak olduğunu ehtimal edirlər.
1241-ci ilin aprelində Monqol ordusu Mohi yaxınlığında Macar kralı IV Belanın qüvvələrini məğlub etmişdir. Bu döyüş Monqolların Avropadakı ən böyük qələbələrindən biri hesab olunur. Macar ordusu böyük itkilər verdi və kral qaçmağa məcbur olmuşdur.
Monqollar Budapeşt də daxil olmaqla Macarıstanın əsas şəhərlərini işğal edərək onları yandırdılar və əhalisini qılıncdan keçirdilər. Kənd təsərrüfatı və iqtisadiyyat ciddi zərər görmüşdür.
1239-cu ildə Monqolların Rusiyaya hücumundan sonra Qıpçaq-Kuman tayfaları məğlub edilərək daha qərbə və ya cənuba doğru çəkilməyə məcbur oldular. Bu tayfalardan biri xan Kotyanın rəhbərlik etdiyi tayfa olmuşdur. Maqistr Rogeriyə görə, Kotyan xan rəhbərlik etdiyi bir qrup ilə birlikdə Macarıstana köç etmişdi; bu qrupun 40,000 familia-dan ibarət olduğu qeyd olunur (bu latın ifadəsinin bir neçə mənası vardır). Bəzi tarixçilər bu rəqəmi 40,000 ailə kimi şərh edirlər. Lakin macar tarixçisi Andraş Palotsi-Horvatın (mac. Andráş Pálóczi-Horváth)qeyd etdiyi kimi, Qıpçaqların yerləşməsi üçün ayrılan torpaqlar yalnız 17,000 ailəni təmin edə biləcək gücdə idi, bu da Kotyan xanın ümumilikdə 40,000 nəfərə yaxın insanla gəldiyini göstərir.[18]
Kotyan xan sığınacaq almaq üçün yaxınlıqdakı Macarıstan krallığına müraciət etmişdir. Kral isə cavab olaraq bildirdi ki, əgər Qıpçaqlar katolikliyə keçib onları öz ağaları kimi tanıyaraq hərbi xidmət göstərməyi qəbul etsələr, ölkəyə qəbul olunacaqlar.
Monqollar 1242-ci ilin əvvəlində gözlənilmədən Macarıstanı tərk etmişdilər. Bəzi tarixçilər bu geri çəkilməni Böyük xan Ugedeyin ölümündən sonra baş vermiş siyasi dəyişikliklərlə əlaqələndirirlər. Monqolların yürüşü Macarıstanda sosial və iqtisadi strukturda böyük dəyişikliklərə səbəb olmuşdur. Ölkənin müdafiə sistemləri yenidən qurulmuşdur, daş qalalar tikilmiş və şəhərlərin müdafiəsi gücləndirilmişdir. Bu hadisə Avropa dövlətlərinə monqol təhlükəsini real olaraq göstərmiş və gələcəkdə özlərini müdafiə etməyə təşviq etmişdir.[19]
Macarıstan Krallığı dağıntılara məruz qalsa da, tamamilə məhv edilməmişdi. Monqolların geri çəkilməsindən cəmi bir il sonra, Avstriya hersoqu I Fridrix tərəfindən girov olaraq alınan ölkənin ən qərb bölgələrindən olan Moşon, Şopron və Vaş vilayətləri geri alınmışdır. Həmçinin, Slavyoniyada baş vermiş yerli üsyan geri çekilmişdir.[20][21]
Sonrakı onilliklərdə Qızıl Orda xanları Macarıstandan təkrar-təkrar itaət tələb etmişdilər. Məsələn, 1259 və 1264-cü illərdə Bərkə xan Macarıstanın onun imperiyasına tabe olmasını və Mərkəzi Avropaya planlaşdırılan yürüşlərdə ordu ilə iştirak etməsini istəmişdi. Əvəzində, ölkəyə vergi azadlığı və talan edilmiş qənimətlərdən pay vəd olunurdu. Lakin Macarıstan bu tələbləri daim rədd etmişdi.
1241–1242-ci illərdəki Monqol işğalının dəhşətli nəticələri, ölkə daxilində milli birliyi gücləndirdi və kral IV Belanın ölkə müdafiəsini köklü şəkildə yenidən qurmasına təkan verdi. Bu dövrdə Macarıstanda daşdan inşa edilən qalaların sayı sürətlə artmışdır — yalnız ilk on ildə 44 yeni qala tikilmişdir. Eyni zamanda kral ordusu islah olunaraq, ağır zirehli süvarilərin və cəngavərlərin sayı artırılmışdır.
IV Bela bu islahatlara və ölkəni yenidən qurmasına görə bu gün "ikinci qurucu ata" kimi xatırlanır. Onun gördüyü tədbirlər 1285-ci ildə öz bəhrəsini vermişdir. Həmin il Noğay xan Macarıstana növbəti böyük hücumu təşkil etmişdir. Əvvəlki illərdə sərhədboyu kiçik basqınlar olsa da, 1242-ci ildən sonra baş verən ilk böyük hücum olmuşdur. Lakin bu dəfə hücum tezliklə dəf edilmişdir. Sonrakı illərdə baş verən bir neçə hücum da uğursuzluqla nəticələnmişdir.