Morita Rayzo[a] (守田 来蔵?, 1830[1] – 1889[1]) – Yaponiya fotoqrafı. Osakada fotoqrafiyanın qabaqcıllarından biri hesab olunur.[3]
Morita Rayzo | |
---|---|
yap. 守田来蔵 | |
Doğum tarixi | 1830[1] |
Vəfat tarixi | 1889[1] |
Fəaliyyəti | fotoqraf |
1830-cu ildə doğulmuşdur. Fotoqraf olmazdan öncə Nakatsu hanında yaşayan samuray idi. 1863-cü ildə Ueno Hikomanın şagirdi olmuşdur.[3] 1865-ci ildə Uçida Kuiçi ilə birlikdə Osakadakı ilk fotostudiyanı açdığı iddia olunur.[2] 1866–1870-ci illərdə Kobe şəhərində öz fotostudiyasını idarə etmişdir. Bu studiya Futatsuya Nişi Honmaçi ünvanında yerləşirdi. Morita yapon və Qərb üslublarında fotolar çəkmişdir. 1889-cu ildə ölmüşdür.[4]