Mozel (fr. Moselle, Dinləⓘ; alm. Mosel; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir. SES var. Yuxarı axınınadək gəmiçiliyə yararlıdır. Mets, Trir, Koblents şəhərləri Mozel sahilindədir.[2]
Mozel | |
---|---|
![]() | |
Ölkə | |
Mənsəbi | Reyn[1] |
Uzunluğu |
|
Su sərfi | 315 m³/s |
Hövzəsinin sahəsi | 28.286 km² |
![]() |
Vikianbarda Mozel ilə əlaqəli mediafayllar var. |