Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
"Son peyğəmbər" (əsərin orijinal adı: "Məhəmməd" (alm. Mohammed) — Məhəmməd Əsəd bəyin 1932-ci ildə almanca yazdığı Məhəmməd peyğəmbərdən bəhs edən tarixi-publisistik romanı.[1]
Son peyğəmbər | |
---|---|
alm. Mohammed | |
Müəllif | Məhəmməd Əsəd bəy |
Orijinalın dili | alman dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1932 |
Əvvəlki | Qafqaz |
Sonrakı | Ağ Rusiya: vətənsiz xalq |
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Məhəmməd Peyğəmbərin uşaqlığı, gəncliyi və peyğəmbərliyi, eləcə də islamın XX əsrin əvvəlinə kimi olan vəziyyəti bədii boyalarla təsvir olunur.[1]
Roman ilk dəfə 1932-ci ildə Berlində Kiepenheuer nəşriyyatında çap olunmuşdur.
Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 475 səhifədə, 2016-cı ildə Bakı Kitab Klubu nəşriyyatında 392 səhifədə çap olunmuşdur.[1]