. Love.az

Muradxan Cabbarov - Wikipedia - Love.az

Ana Səhifə - Muradxan Cabbarov

Muradxan Mahmud oğlu Cabbarov (5 may 1926, Kərəviz, Laçın rayonu – 13 aprel 2006, Bakı) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (1994–2005), Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon və Laçın Rayon komitələrinin birinci katibi, Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Muradxan Cabbarov
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
6 aprel 1994 – 15 mart 2005
Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin birinci katibi
12 yanvar 1980 – 26 dekabr 1987
ƏvvəlkiNazir Kərimov
SonrakıTofiq Mehdiyev
Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi
1962 – 1980
ƏvvəlkiÜzeyir Məmmədov
SonrakıƏhəd Kərimov
Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1960 – 1962
ƏvvəlkiBəşir Xıdırov
SonrakıXıdır Bəylərov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1926(1926-05-05)
Doğum yeri
  • Kərəviz, Laçın rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 aprel 2006(2006-04-13) (79 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1949–1991)
Təhsili
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1961–1965)

Təltifləri "Azərbaycan Bayrağı" ordeni
"Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Muradxan Mahmud oğlu Cabbarov 5 may 1926-cı ildə Laçın rayonunun Kərəviz kəndində anadan olub. 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir.[1]

1944–1950-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.

Muradxan Mahmud oğlu Cabbarov 13 aprel 2006-cı ildə Bakı şəhərində vəfat edib.

Siyasi fəaliyyəti

redaktə

1950-ci ildən Azərbaycan LKGİ Laçın rayon komitəsinin şöbə müdiri, ikinci katibi, birinci katibi, 1959-cu ildən isə Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1962-ci ildən 1980-ci ilədək Laçın Rayon və 1980-ci ildən Zəngilan Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Laçın Şəhər XDS İK-nın sədri olmuşdur.[2]

6 aprel 1994-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş[3], 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Mükafatları

redaktə
  • SSRİ-nin "Şərəf nişanı" ordeni.
  • "Xalqlar dostluğu ordeni.
  • "Oktyabr inqilabı" ordeni.
  • "Qırmızı əmək bayrağı" ordeni 3 dəfə.
  • "Azərbaycan Bayrağı" ordeni

İstinadlar

redaktə
  1. ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 427. ISBN 978-9952-8032-5-9.
  2. ↑ Ҹаббаров Мурадхан Маһмуд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 522. ISBN 5-89600-253-x.
  3. ↑ "M. M. Cabbarovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Z. C. Cabbarovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 aprel 1994-cü il tarixli, 131 saylı Fərmanı" (az.). e-qanun.az. 1994. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Muradxan_Cabbarov&oldid=7132960"
LOVE.AZ