İlansoğanı (lat. Muscari) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
İlansoğanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: İlansoğanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əsasən, Aralıq dənizi ölkələrində 60, keçmiş SSRİ-də 19, o cümlədən Azərbaycanda 9 növü yayılmışdır. Qrossheym ilansoğanı (lat. Muscari grossheimi), qəşəng ilansoğanı (lat. Muscari elegantlum), ağızcıqlı ilansoğanı (lat. Muscari leucostomum) Azərbaycan florası üçün endemikdir. Çiçəklərindən efir yağı alınır və ətriyyat sənayesində işlədilir. Bəzi növləri dekorativ bitki kimi becərilir.[1]
Çiçəkləri müşk ətri verdiyi üçün bitki muskari adlandırılmışdır. Cinsin 2 növü gülçülükdə geniş istifadə olunur. Salxımşəkilli ilansoğanı (lat. Muscari botryoides) hündürlüyü 20 sm-ə çatan çoxillik soğanaqlı bitkidir. Enli yarpaqları torpaqda topalarla yığılmışdır. Çiçəyi silindrik formalı, çiçəkləri göy ya da göyümtül-bənövşəyidir. Fırçaşəkilli ilansoğanı (lat. Muscari racemosum) çiçək yatağı uzunsovdur, çiçəkləri tünd-bənövşəyi, bəzən qara rəngə çalır. Bu bitkilər bala soğanaqlarla çoxaldılır.