. Love.az

Myxini - Wikipedia - Love.az

Ana Səhifə - Myxini

Myxini (lat. Myxini) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi.

Myxini
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Çənəsizlər
Sinifüstü:
Cyclostomi
Sinif:
Myxini
Beynəlxalq elmi adı
  • Myxini[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  622223
NCBI  117565
FW  217351

Mündəricat

  • 1 Ümumi xarakteristika
  • 2 Həyat tərzi
  • 3 Çoxalması
  • 4 Əhəmiyyəti
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Ümumi xarakteristika

redaktə

Miksinlər sinfinin nümayəndələri dünya okeanının tropik və subtropik sularında, 100–500 m dərinliklərdə yaşayır. Bədənlərinin uzunluğu 45–75 sm-ə çatan bu canlıların baş hissəsinin sonunda tək sayda burun dəlikləri yerləşir. Ağız və burun dəlikləri 6–8 ədəd ətli bığcıqlarla örtülür. Qəlsəmə skeleti az sayda qığırdaq lövhəciklərdən ibarətdir. Qan-damar sistemi açıq tiplidir. Əsas və 3 ədəd köməkçi ürək sistemi mövcuddur. Köməkçi ürəklər miksinlərin baş, qaraciyər və quyruq hissələrində yerləşir. Miksinlərin gözləri dəri ilə örtülmüşdür. Gözlər primitiv olduğundan yaxşı görmürlər.

Həyat tərzi

redaktə

Miksinlər gecə heyvanlarıdır. Onlar gündüzlər torpağa nüfuz edib yalnız başın bir hissəsini çöldə saxlayır, ova yalnız axşamlar çıxır, xəstə və zəif balıqlar, leş ilə qidalanırlar. Şikar müqavimət göstərdikdə miksinlər onların qəlsəmə qapaqlarına selik ifraz edir. Nəticədə qəlsəmələr fəaliyyətin itirir, balıqlar boğularaq məhv olur.

Çoxalması

redaktə

Miksinlərin çoxalma prosesi maraqlıdır. Yüz ədəd dişi fərdə yalnız bir ədəd erkək fərd düşür. Digər əksər növlər hermofroditlərə aiddir. Çoxalma dövrü miksinlər sahildən uzaqlaşarır, hər bir dişi fərd 12–30 iri (20 mm) ovalşəkilli yumurta qoyur. Miksinlər xarici mayalanma tipinə aiddir. Çoxalma dövrü qida qəbul etmirlər. Buynuz kapsullarını tərk edən miksin sürfələri qısa müddərdən sonra valideynlərinə bənzəyir.

Əhəmiyyəti

redaktə

Miksinlər balıqçılığz ciddi ziyan vurur. Onların həyat qabiliyyəti çox yüksəkdir. Belə ki onlar uzun müddət susuz, qidasız qala bilir, ciddi zədə aldıqda belə yaşayırlar.

Bir dəstə, bir cinsə aid 30-a yaxın növ təsvir edilmişdir. Miksinlərə Azərbaycan faunasında rast gəlinmir.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
  2. ↑ Eschmeyer W. N., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Myxini&oldid=7270065"
LOVE.AZ