Nəğməkar torpaq — Azərbaycan istehsalı sənədli film.
Nəğməkar torpaq | |
---|---|
Fayl:Nəğməkar torpaq (film, 1981).jpg | |
Janr | musiqili |
Rejissor | Ruslan Şahmalıyev |
Ssenari müəllifləri |
Vaqif Səmədoğlu Ruslan Şahmalıyev |
Baş rollarda |
Zilli Namazov — neftçi (titrlərdə yoxdur) Vəliəhd Vəliyev — neftçi (titrlərdə yoxdur) |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1981 |
Filmin növü | tammetrajlı musiqili film |
Müddət | 57 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1981 |
Texniki məlumatlar |
6 hissə 1560 metr 35 mm |
Rəng | rəngli |
Azərbaycanın incəsənət ustalarının iştirakı ilə çəkilmiş bu film kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrasını tamaşaçılara təqdim edir. Filmdə muğam musiqisi, müasir estrada mahnıları və xalq melodiyaları əsasında yaradılmış caz kompozisiyaları səslənir.
Filmdə "Arşın mal alan" bədii filmindəki kadrlardan istifadə edilmişdir.
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 1-ci kateqoriyaya layiq görülmüşdür.