Nə yaxşı ki, dünyada Səməd Vurğun var | |
---|---|
Fayl:Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976).jpg | |
Janr | bioqrafik |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifi | İsmayıl Şıxlı |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1976 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə |
![]() |
İl | 1976 |
Texniki məlumatlar |
5 hissə 1354 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
Film Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmişdir.
Kinooçerk poetik formada görkəmli şairin həyat və yaradıcılığından söhbət açır.
Film şairin qələm dostlarının — Nikolay Tixonovun, Konstantin Simonovun, Rəsul Həmzətovun, Osman Sarıvəllinin, Aşıq Şəmşirin xatirələri üzərində qurulmuşdur. Filmdə aktyorlardan Əliabbas Qədirov və Yusif Vəliyev iştirak edirlər.