NEC (tələffüzü «En-i-si», yap. 日本電気株式会社, Nippon benki kabunsiki zaysya, ing. Nippon Electric Corporation) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən Yaponiya telekommunikasiya şirkətləri. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət 2022-ci ildə "Fortune Global 500" siyahısında 432-ci yeri tutmuşdur.[2] NEC "Sumitomo Group"un üzvüdür.
NEC | |
---|---|
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d] |
Sənaye | informasiya texnologiyaları, elektronika, videooyun sənayesi[d] |
Məhsulu | aparat təchizatı |
Təsis tarixi | 17 iyul 1899 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Struktur | |
Ana şirkət | Sumitomo Group |
nec.com | |
![]() |
Şirkət 1899-cu ildə Tokioda açılmışdır. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur,[3] lakin 1920-ci ildən başlayaraq, şirkət praktiki olaraq kommunikasiya sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərmişdir. Şirkət NEC-in mobil telefon bölməsi ilə "Casio" və "Hitachi" tərəfindən 1 aprel 2004-cü ildə yaradılmış "Casio Hitachi Mobile Communications" müəssisəsinin birləşməsi nəticəsində "NEC Casio Mobile Communications" adı altında yaradılmışdır.[4][5]
Daxili bazarda azalan səhmləri gördükdən sonra "NEC Casio" 2013-cü ilin iyul ayında smartfon istehsalı biznesindən çıxdığını elan etmişdir. Sonra 2013-cü ilin dekabrında "Casio" və "Hitachi" şirkətdəki səhmlərini NEC-ə sataraq onu NEC-in tam mülkiyyətində olan törəmə müəssisəyə çevirmişdilər.[6] Şirkət 2014-cü ilin oktyabrında adını "NEC Mobile Communications" olaraq dəyişmişdir.[7]
NEC 2015-ci ilin dekabrında 2016-cı ilin martında "NEC Mobile Communications"dan bütün mobil telefon biznesini alacağını elan etmişdir. "NEC Mobile Communications" qısa müddət sonra ləğv edilmişdir.[8]
2018-ci ilin iyul ayına olan məlumata görə, NEC-in 6 əsas biznes seqmenti var: Hökumət, müəssisə, şəbəkə xidmətləri, sistem platformaları, qlobal və digərləri.[9] O, Telecom Carrier biznesinin adını dəyişdirərək Şəbəkə Xidməti adlandırıb.
NEC-in əsas törəmə şirkətlərinə aşağıdakılar daxildir:
Müdafiə məhsullarına aşağıdakılar daxildir:
NEC-in nailiyyətlərinə aşağıdakılar daxildir: