. Love.az

Nadjib Asanbayev - Wikipedia - Love.az

Ana Səhifə - Nadjib Asanbayev

Nadjib Asanbayev[1] (tam adı: Nikolay Vasilyeviç Asanbayev; başq. Нәҗип Асанбаев; d. 7 noyabr 1921, Axmanovo, Bakalinsk, Başqırdıstan – ö. 28 mart 2013, Ufa, Başqırdıstan, Rusiya) — başqırd yazıçısı. Başqırd MSSR əməkdar mədəniyyət xadimi (1982)[1].

Nadjib Asanbayev
başq. Нәҗип Асанбаев
Doğum tarixi 7 noyabr 1921
Doğum yeri Axmanovo, Bakalinsk, Başqırdıstan
Vəfat tarixi 28 mart 2013 (91 yaşında)
Vəfat yeri Ufa, Başqırdıstan, Rusiya
Fəaliyyəti yazıçı, dramaturq, nasir
Fəaliyyət illəri 1947-ci ildən
Mükafatları "Dostluq" ordeni (Rusiya) 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Xalqlar dostluğu" ordeni "Qırmızı ulduz" ordeni "İgidliyə görə" medalı
Salavat Yulaev ordeni (Rusiya) Merited Cultural Worker of the RSFSR

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili və fəaliyyəti
  • 3 Yaradıcılığı
  • 4 Ailəsi
  • 5 Mükafatları
  • 6 İstinadlar

Həyatı

redaktə

7 noyabr 1921-ci ildə Bakalinsk rayonunun Axmanovo kəndində anadan olmuşdur.

28 mart 2013-cü ildə vəfat etmişdir. Ufanın Cənub qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilmişdir.

Təhsili və fəaliyyəti

redaktə

1963-cü ildə Moskvada Ali ədəbiyyat kurslarını bitirmişdir.

1963-1965-ci illərdə M.Qafuri adına Başqırdıstan Dövlət Dram Teatrının direktoru işləmişdir.

Yaradıcılığı

redaktə

Yaradıcılığa nasir kimi başlasa da, dram əsərləri ilə tanınmışdır[2]. “Nişanlanma” (1964), “Göydən düşən səadət” (1969) komediyaları, “Rəysə” (1957), “Altun beşik” (1971), “Zeytungül” (1975), “Qızıl paşa” (1982), “Kuzyanlı başqırd” (2004) və s. dramları məşhurdur[1].

Ailəsi

redaktə

Gitaraçı Rüstəm Asanbayevin atasıdır.

Mükafatları

redaktə
  •   Başqırd MSSR əməkdar mədəniyyət xadimi (1982)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 ASANBAYEV Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. ↑ Избр. произв. Пьесы. Уфа, 1991.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nadjib_Asanbayev&oldid=7514817"
LOVE.AZ