. Love.az

Naile Sultan Ebdulmecidin Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Naile Sultan Ebdulmecidin Qizi

Nailə Sultan (ərəb. نائله سلطان‎; 30 sentyabr 1856, İstanbul – 18 yanvar 1882, İstanbul) — 32. Osmanlı sultanı Sultan Əbdülməcidin qızlarındandır.

Nailə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 30 sentyabr 1856(1856-09-30)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 18 yanvar 1882(1882-01-18) (25 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Yeni Məscid
Atası I Əbdülməcid
Anası Şayəstə Qadınəfəndi

Həyatı

redaktə

1856-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası isə onun iqballarından Şayəstə xanımdır. Hələ 5 yaşında ikən atası Sultan Əbdülməcid vəfat etdi və digər bacı-qardaşları kimi əmisi Sultan Əbdüləzizin himayəsinə alındı. Gənc yaşda vəfat edən bacısı Bəhicə Sultan kimi o da, uşaq yaşlarından vərəm xəstəliyindən əziyyət çəkirdi.

Qardaşı Sultan Əbdülhəmidin taxta çıxmasından dərhal sonra 6 oktyabr 1876-cı ildə Dolmabağça sarayında Çərkəz Mehmed Paşa ilə evləndirildi. Ayşə Osmanoğlu öz xatirələrində, Çərkəz Mehmed Paşanın Sultan Əbdülhəmidin iqballarından Bidar xanımın qardaşı olduğunu qeyd etsə də, bu şəxslər fərqli adamlardır.

Bu evlilikdən övladı olmayan Nailə Sultan çox keçmədən 7 yanvar 1881-ci ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn olundu. Vəfatının ardından əri Çərkəz Mehmed Paşa, əmisi Sultan Əbdüləzizin qızlarından Əsma Sultanla evləndirildi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Hatunoğlu Kurt İsmail Hakkı Paşa'nın Diyarbekir valiliği (1869-1875), Oktay Karaman. Yüksek Lisans Tezi. TC Atatürk Üniversitesi. İstanbul 1995
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nailə_Sultan_(Əbdülməcidin_qızı)&oldid=7993692"
LOVE.AZ