. Love.az

Naina Ibrahimova - Wikipedia - Love.az

Ana Səhifə - Naina Ibrahimova
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010).

Naina İbrahimova
Doğum tarixi 1973
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Ağaəli İbrahimov
Fəaliyyəti aktrisa
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20102010

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəxsi həyatı
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Kliplər

Həyatı

redaktə

Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır.

1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir.[1]

20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[2]

Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır.[3]

Şəxsi həyatı

redaktə

Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır.

2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub.[4] Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub.[5]

Filmoqrafiya

redaktə
  • Bəyaz həyat (film, 2003)
  • "Moskva-Bakı" qatarı (film, 2005)
  • Bir dəfə Qafqazda (film, 2007)
  • Qüdsi (film, 2007)
  • Sonuncu dərviş (film, 2009)
  • Vəkil hanı? (film, 2011)

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  2. ↑ "Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 dekabr 2010. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2021.
  3. ↑ "Arxivlənmiş surət". 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  4. ↑ "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  5. ↑ Day.Az. "Əməkdar artist övladını göstərdi: "Mediadan gizlədirdim..." - FOTO" (az.). Day.az. 17.07.2015. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-11.

Kliplər

redaktə
  • Ağadadaş Ağayev — Sənsiz keçən ömür — musiqi: Eldar Mansurov, sözlər: Vahid Əziz
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naina_İbrahimova&oldid=7149630"
LOVE.AZ