Naser Aliyi (alb. Naser Aliji, 27 dekabr 1993[1][2][…], Kumanovo) — Albaniyalı peşəkar futbolçu. Hal hazırda Albaniya Superliqasında iştirak edən Dinamo Siti klubunun və Albaniya milli futbol komandasında çıxış edir. Mövqeyi sol cinah müdafiəçisidir.
Naser Aliyi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Naser Ismail Aliji | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Naser İsmayıl Aliyi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (31 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Kumanovo, Şimali Makedoniya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.77 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Sol cinah müdafiəçisi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 30 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Naser Aliyi futbol karyerasına İsveçrənin "Baden" klubunun uşaq futbolu akademiyasında başlamış, daha sonra "Aarau" və Bazel klublarının akademiyalarında inkişaf etmişdir.
2013-cü ildə "Bazel"in əsas komandasına yüksəlmiş və 20 iyun 2013-cü ildə "Bazel" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[3] Futbolçu burada 2013–2016-cı illər arasında 29 oyunda iştirak etmişdir. Bu müddət ərzində "Bazel" klubu ilə üç dəfə İsveçrə Superliqasının qalibi olmuşdur. "Bazel"in U21 komandasında isə, 53 oyunda meydana çıxaraq 3 qol vurmuşdur.
2015-ci ilin yanvar ayında Aliyi, "Bazel" klubu tərəfindən, Lixteynşteynin "Vaduz" klubuna icarəyə verilmişdir.[4] "Vaduz" ilə 2014–15 mövsümündə Lixteynşteyn Kubokunu qazanmışdır.
2016-cı ilin iyul ayında, futbolçu, azad afent kimi, Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern" klubuna keçmişdir.[5][6] Burada bir mövsüm ərzində 20 oyunda iştirak etmişdir.
Aliyi daha sonra İtaliyanın "Virtus Entella", Rumıniyanın "Dinamo Buxarest" və Macarıstanın "Budapeşt Honved" klublarında çıxış etmişdir. 2019–2022-ci illər arasında "Budapeşt Honved" ilə 33 oyunda iştirak etmiş və 2019–20 mövsümündə Macarıstan Kubokunu qazanmışdır.
2022-ci ildə Aliyi, Rumıniyanın "Voluntari" klubuna transfer olmuş və burada 61 oyunda iştirak etmişdir.
2024-cü ildə isə Albaniyanın "Dinamo Siti" klubuna keçmişdir.
Aliyi, karyerasının ilk illərində, yaşadığı, İsveçrənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. İsverçənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etdikdən sonra, 2015-ci ildə Albaniya milli komandasını seçmişdir. 13 iyun 2015-ci ildə Fransaya qarşı keçirilən yoldaşlıq oyununda Albaniya milli komandasında debüt etmişdir.
2016-cı ildə Aliyi, UEFA Avro 2016 turnirində Albaniya milli komandasının heyətində yer almışdır.
Budapeşt Honved