«National Dastak» — 20 dekabr 2015-ci ildən yayımlanmağa başlayan Hindistan veb telekanalı.[1] Əksər hallarda mediya tərəfindən əhəmiyyət verilməyən məsələlərə toxunan telekanal Bahucan[2] bölməsinə də geniş yer ayırır.[3][4] Bavendra Prakaş bu telekanalın vebsayt redaktorudur.[5] Şambu Kumar Sinx isə telekanalda müxbir və baş redaktor vəzifəsində çalışır.[6][7][8][9][10] Youtube-da olan National Dastak kanalının 2 milyondan çox abunəçisi var. Kanal Hindistanda abunəçilər tərəfindən ən çox izlənilən on hind dilli YouTube xəbər kanalından biridir.[11]
«National Dastak» | |
---|---|
![]() Telekanalın rəsmi loqosu | |
Ölkə |
![]() |
Yayım ərazisi | Dünya |
Dil | Hind dili |
Baş qərargah | Dehli, Hindistan |
Yaranma tarixi | 20 dekabr 2015 |
Sahibi | National Dastak |
Sayt | nationaldastak.com |
«National Dastak» canlı reportajları, siyasi xəbərləri ilə tanınır.[12][13] Telekanal Hindistanda marginal[14][15][16] və zərər çəkmiş bölmələr üzrə sənədli filmlər və proqramlar seriyası hazırlayır.[17] Kanalın vebsaytı 2017-ci il məlumatlarına əsasən, Hindistanın 25000 ən yaxşı vebsaytı arasında 1165-ci yerdə qərarlaşmışdır.[18]