Natiq Kamal oğlu Əliyev (10 avqust 1958, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005). Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2023-indi)[1].
Natiq Əliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 10 avqust 1958(1958-08-10) (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | monumental sənət |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
![]() |
1974–1978-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1978–1983-cü illərdə V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1980–1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur.
Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltaraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşımışdır.
Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Vikianbarda Natiq Əliyev ilə əlaqəli mediafayllar var. |