. Love.az

Nazim Babayev Herbci - Wikipedia - Love.az

Ana Səhifə - Nazim Babayev Herbci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Nazim Babayev.

Nazim Abbas oğlu Babayev (7 fevral 1975, Qaraçala, Salyan rayonu – 15 mart 1995, Bakı)— Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Nazim Babayev
Nazim Abbas oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 7 fevral 1975
Doğum yeri Qaraçala, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 mart 1995 (20 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Qaraçala, Salyan rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Milli Qəhrəman
  • 4 İstinadlar
  • 5 Xatirəsi
  • 6 Ədəbiyyat

Həyatı

redaktə

Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə Salyan rayonu Aydıngün (indiki S. Qurbanov adına Yeni Uluxanlı) kənd tam orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır.

Döyüşlərdə iştirakı

redaktə

Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşmuşdur. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak etmiş və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Salyan rayonu Qaraçala Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İstinadlar

redaktə

Xatirəsi

redaktə

Qaraçala qəsəbəsi Şəhidlər xiyabanında dəfn edilmişdir. Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 48.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nazim_Babayev_(hərbçi)&oldid=8098650"
LOVE.AZ