. Love.az

Nazim Mahmudov - Wikipedia - Love.az

Ana Səhifə - Nazim Mahmudov
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Nazim.

Nazim İdris oğlu Mahmudov (12 iyun 1958, Cəbrayıl rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri.

Nazim Mahmudov
Mahmudov Nazim İdris oğlu
Doğum tarixi 12 iyun 1958(1958-06-12) (66 yaş)
Doğum yeri
  • Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi Fizika‑riyaziyyat elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • Şərqi Aralıq Dənizi Universiteti[d] (1993–)[1]
Təhsili
  • Bakı Dövlət Universiteti

Həyatı

redaktə

Mahmudov Nazim İdris oğlu 1958-ci il iyunun 10-da Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sultanlı kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1980–1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasında oxuyub. "Hilbert fəzasında stoxastik optimal idarəetmə" mövzusunda namizədlik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA Kibernetika İnstitutunun riyazi kibernetika laboratoriyasında işləməyə başlayıb. N. Mahmudov 1993-cü ildən Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasında işləyir. 2004-cü ildə ona professor elmi adı verilib. 2011-ci ildən Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiridir.[2] Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ekonofizika Tədqiqat Mərkəzinin üzvüdür.[3]

İstinadlar

redaktə
  1. ↑ Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  2. ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  3. ↑ "UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — EKONOFİZİKA TƏDQİQAT MƏRKƏZİ" (ingilis). 2024-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-17.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nazim_Mahmudov&oldid=7988780"
LOVE.AZ