Nazim Qarayev (Qarayev Nazim Əliheydər oğlu; 6 mart 1927[2], Bakı – bilinmir) — fizika‑riyaziyyat elmləri doktoru, professor. "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsinin baş elmi işçisi.
Nazim Qarayev | |
---|---|
Nazim Əliheydər oğlu Qarayev | |
![]() | |
Doğum tarixi | 6 mart 1927(1927-03-06)[2] |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Atası | Əliheydər Qarayev |
Elm sahələri | Tədqiqat və inkişaf[1], Geofizika[1] |
Elmi dərəcəsi | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
Qarayev Nazim Əliheydər oğlu 1927-ci il martın 6-da Bakıda anadan olub. Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. 1950–1955-ci illərdə Leninqradda "Geofizuqlerazvedka" trestinin texniki rəhbəri, sonra isə seysmik və kompleks partiyanın baş mühəndisi vəzifəsində işləyib. 1955-ci ildən N. Qarayev Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun (ÜİETGİ) Leninqrad filialında nöqtəvi seysmik zondlama metodu ilə regional tədqiqatlar geofiziki partiyasının texniki rəhbəri, sonra isə seysmik laboratoriyanın rəhbəri olub, 1961-ci ildə bu laboratoriya Ümumittifaq Geoloji Kəşfiyyat İnstitutuna (ÜİGKİ) köçürülüb. 1956–1959-cu illərdə N. Qarayev öz müəllimləri – görkəmli alimlər İ. S. Berzon və İ. P. Kosminskayanın təkidi ilə Leninqrad Dağ-Mədən İnstitutunun aspiranturasında təhsilini davam etdirib.[3]