. Love.az

Neltuma Chilensis - Wikipedia - Love.az

Ana Səhifə - Neltuma Chilensis

Neltuma chilensis (lat. Neltuma chilensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin neltuma cinsinə aid bitki növü.

Neltuma chilensis
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Caesalpinioideae
Cins:
Neltuma
Növ:
Neltuma chilensis
Beynəlxalq elmi adı
  • Neltuma chilensis
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
  • 7 Yarımnövləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Arealı

redaktə

Mənşəyi Cənubi Amerikadır (Çili, Argentina).

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 6-8 m-ə çatan, yumru çətirli, həmişəyaşıl və ya yarpağını tökən ağacdır. Gövdəsi qısa, yerlə sürünən, qabığı cod, dərin yarıqlı, budaqları əyilmiş, üzəri seyrək, iri iynələrlə örtülmüşdür. Yarpaqları cüt lələkvari, üzbəüz yerləşmiş, parlaq yaşıldır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarı, uzun erkəkcikli, uzunluğu 12 sm-dək olan sıx, tükcüklü, sallaq çiçək qruplarına yığılmışdır. Meyvəsi oraqvari əyilmiş qınlıdır. Toxum və qələmlərlə çoxalır.

Ekologiyası

redaktə

Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır. Qışda yarpaqlarını tökərək, -100C-dək şaxtaya dözür.

Azərbaycanda yayılması

redaktə

Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya olunmuşdur.

İstifadəsi

redaktə

Budanma ilə lazımi ölçülərini saxlamaq və bonsay üslubunda formalaşdırmaq olar. Dərman və qida əhəmiyyətli bitkidir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Ceratonia chilensis Molina
  • Prosopis chilensis (Molina) Stuntz

Yarımnövləri

redaktə
  • Neltuma chilensis var. catamarcana (Burkart) C.E.Hughes & G.P.Lewis
  • Neltuma chilensis var. chilensis
  • Neltuma chilensis var. riojana(Burkart) C.E.Hughes & G.P.Lewis

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Neltuma_chilensis&oldid=8085370"
LOVE.AZ