. Love.az

Neltuma Juliflora - Wikipedia - Love.az

Ana Səhifə - Neltuma Juliflora

Neltuma juliflora (lat. Neltuma juliflora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin neltuma cinsinə aid bitki növü.

Neltuma juliflora
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Caesalpinioideae
Cins:
Neltuma
Növ:
Neltuma juliflora
Beynəlxalq elmi adı
  • Neltuma juliflora[1]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
  • 7 Yarımnövləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Arealı

redaktə

Şimali Amerika, Cənubi Qafqaz və Qərbi Texas, Şərqi Meksika, Cənubi Arizona, Kolumbiya və Venesuelada təbii halda yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 12 metrə çatan, yarpağını tökən, qollu-budaqlı, geniş çətirli ağacdır. Gövdəsinin qabığı qalın olub, qəhvəyi və ya tünd boz rəngdə, azca çatlıdır. Zoğları nazik, əvvəlcə sarımtıl-yaşıl, sonralar isə tünd boz rəngli, 1–5 sm uzunluqda tikanların qoltuğunda yerləşmişdir. Yarpaqları növbəli düzülüşlü, ikiqat cütlələkvari, yarpaq oxu tikanla qurtarır, 8 sm uzunluqda, çılpaqdır. Yarpaq oxu nazik, itiuclu, qaidədən çox enlənmiş, vəzilidir. Nadir hallarda iki, cüt olmaqla, 9–18 budaqcıqlıdır. Hər budaqda adətən 11–13 cüt ensiz, ellipsvari, 8–10 mm uzunluğunda, 2–4 və ya 5 mm enində, küt, çılpaq və ya tək-tək kirpikli yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 2 mm uzunluqda, ətirli, yaşılımtıl-sarı, qoltuq salxımlarda sünbülvari çiçək qrupunda yerləşir. Çiçək qrupu silindrşəkilli, çoxçiçəkli, 6–7 sm uzunluqda salxımlardan ibarətdir. Ləçəkləri ensiz, uzunsov, ucları itidir. Erkəkciklər tacdan iki dəfə uzundur. Paxlası xətvari, düz və ya oraqvari əyilmiş, uclarından sivri, 10–23 sm uzunluqda, 6–13 mm enində olub, 10–20 toxumludur. Toxumları uzunsov və yumurtavari, 6 mm uzunluqda, şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabrda yetişir.

Ekologiyası

redaktə

Şoran torpaqlarda yaxşı inkişaf edir, çiçəkləyir və toxum verir. Quraqlığa, istiyədavamlı, işıqsevən ağacdır.

Azərbaycanda yayılması

redaktə

Zaqatala, Lənkəran, Göyçay, Astara, Abşeron və başqa zonalarda mədəni şəraitdə becərilir.

İstifadəsi

redaktə

Oduncağında və qabığında aşı maddəsi, meyvəsində 25–30% yeyilən fruktoza şəkəri vardır. Yarpaqlarından və cavan zoğlarından alınan məhlul göz xəstəliklərinin müalicəsində istifadə edilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Acacia juliflora (Sw.) Willd.
  • Algarobia juliflora (Sw.) Heynh.
  • Entada juliflora (Sw.) Roberty
  • Mimosa juliflora Sw.
  • Prosopis juliflora (Sw.) DC.

Yarımnövləri

redaktə
  • Neltuma juliflora var. horrida (Kunth) C.E.Hughes & G.P.Lewis
  • Neltuma juliflora var. juliflora

İstinadlar

redaktə
  1. ↑ Plants of the World Online (ing.). Royal Botanic Gardens, Kew, 2017.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Neltuma_juliflora&oldid=8085404"
LOVE.AZ