. Love.az

Nicola Jurnal - Wikipedia - Love.az

Ana Səhifə - Nicola Jurnal

Nicola (yap. ニコラ; Nikora, (kiçik hərflərlə)) — Yaponiyanın "Shinchosha" nəşriyyatı tərəfindən nəşr olunan dəb jurnalı. Oxucu autoriyası yeniyetmə və gənc qızlar olub, orijinallığı, xüsusilə "Nicomo" adlı modelləri ilə ayrıca diqqət çəkir. 1997-ci ildə nəşrə başlamışdır. Yeniyetmə modası, saç-makiyaj və eləcə də həyat tərzi haqqında ətraflı məlumat və təəssürat yaradır. "Nicola" öz sahəsi üzrə ölkədə ən yüksək tiraj və satış sayına görə liderlik edir (hər ay ortalama say-hesabla 231.000 nüsxə).[2]

Nicola
Loqonun şəkli
Ümumi tiraj 85.283[1]
Təsis tarixi 1997
Ölkə
  •  Yaponiya
Dil yapon dili
nicola.jp

Jurnal fotomodellərinə "Nikomo" adını verir. Belə ki, bu ifadə "Nicola" və "model" sözlərinin birləşməsindən meydana gəlib. Nikomolar — dinləmələr yolu ilə seçilən və 12 ilə 16 yaş aralığında olan yeniyetmə qızlardır. Hər il payızda keçirilən bu dinləmələrə Yaponiyanın müxtəlif bölgələrindən olan minlərlə gənc qız qatılır.

Həmçinin bax

redaktə
  • Pichi Lemon[ing.]
  • Love Berry

İstinadlar

redaktə
  1. ↑ 印刷証明付部数.
  2. ↑ JMPA figures (April - June 2010). Retrieved 28 August 2010.  (yap.)

Xarici keçidlər

redaktə

nicola.jp — rəsmi saytı

Jurnal haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nicola_(jurnal)&oldid=8053925"
LOVE.AZ