. Love.az

Nigar Usubova - Wikipedia - Love.az

Ana Səhifə - Nigar Usubova
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1994, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərilməlidir]

Nigar Usubova
Nigar İbrahim qızı Usubova
Doğum tarixi 2 may 1914
Doğum yeri Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 sentyabr 1994 (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Atası İbrahim ağa Usubov
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Sənaye İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası
Fəaliyyəti pianoçu
Mükafatları

Həyatı

redaktə

Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub.

1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.[1]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-05.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nigar_Usubova&oldid=8121394"
LOVE.AZ