Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594[1], Le-Andeli[d], Fransa krallığı[2][4] – 19 noyabr 1665[2][3][…], Roma, Papa dövləti[5][4]) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi.
Nikola Pussen | |
---|---|
fr. Nicolas Poussin | |
![]() | |
Doğum tarixi | iyun 1594[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 noyabr 1665(1665-11-19)[2][3][…] (71 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qrafika ustası[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Janrlar | tarix rəssamlığı[4], dini rəssamlıq[d], mifologiya rəssamlığı[d][4], rəssamlıq, peyzaj[4], portret[4], avtoportret[4], dini incəsənət[d][4] |
Stil | klassisizm[6] |
![]() |
|
![]() |
Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658). 1940-cı illərdən daha çox mənzərə əsərləri yaratmışdır. ("Polifem ilə mənzərə", 1949; "Orion", 1650–1655 və s.) Nikola Pussen 1665-ci ildə Romada vəfat etmişdir.