. Love.az

Nikolas Blumberqen - Wikipedia - Love.az

Ana Səhifə - Nikolas Blumberqen

Nikolas Blumberqen (ing. Nicolaas "Nico" Bloembergen) (d. 11.3.1920, Niderland, Dordrext)  — Amerika fiziki. Nobel mükafatı laureatı (1981, A. Şavlovla birlikdə).[3]

Nikolas Blumberqen
ing. Nicolaas "Nico" Bloembergen
Nikolas Blumberqen
Nikolas Blumberqen
Doğum tarixi 11 mart 1920
Doğum yeri Dordrext, Niderland
Vəfat tarixi 5 sentyabr 2017 (97 yaşında)
Vəfat yeri Takson, Arizona, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı Niderland Niderland, ABŞ
Elm sahəsi Lazer spektroskopiyası
İş yerləri
  • Harvard Universiteti,
  • Arizona Universiteti,
  • Leyden Universiteti,
  • Leyden Universiteti (1972–1973)[1]
Alma-mater Leyden Universiteti, Utrext Universiteti
Təhsili
  • Leyden Universiteti,
  • Harvard Universiteti,
  • Utrext Universiteti
Elmi rəhbərləri Edvard Mills Parsell
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası (1983–),
  • Fransa Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (1960–),
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fizik Cəmiyyəti[d][2]
Mükafatları Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Fəaliyyəti

redaktə

Utrext Universitetini bitirmişdir (1943). 1949-cu ildən ABŞ-də Harvard Universitetində işləyir (1957-ci ildən professor). 2001-ci ildən Arizona Universitetinin professorudur. Qeyri-xətti optika və qeyri-xətti lazer spektroskopiyasının banilərindən biridir. 1956-cı ildə üçsəviyyəli sistem əsasında kvant paramaqnit gücləndiricisini yaratmışdır. Qeyri-xətti mühit sərhədində dalğa proseslərini tədqiq etmişdir. Qeyri-xətti polyarizasiya nəzəriyyəsini və məcburi kombinasiyalı səpilmə nəzəriyyəsini qurmuş (1962), onun tədqiqinin eksperimental (o cümlədən pikosaniyələr) üsullarını işləyib hazırlamışdır. Lazer spektroskopiyası metodlarını inkişaf etdirmiş, ikisəviyyəli doplersiz spektroskopiya üsulunu vermişdir (A. Şavlovdan asılı olmayaraq). İntensiv lazer infraqırmızı şüalanmasında molekulların çoxfotonlu dissosiasiyasını tədqiq etmişdir.[3] 

Həmçinin bax

redaktə
  • Barux Semyuel Blamberq

Xarici keçidlər

redaktə
  • Nikolas Blumberqen

İstinadlar

redaktə
  1. ↑ Leidse Hoogleraren (nid.).
  2. ↑ NNDB (ing.). 2002.
  3. ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 204. ISBN 978-9952-441-03-1.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolas_Blumberqen&oldid=7068910"
LOVE.AZ