. Love.az

Nikolay Anserov - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Anserov

Nikolay İvanoviç Anserov – rus antropoloqu, anatomu və morfoloqu.

Nikolay Anserov
Nikolay İvanoviç Anserov
Doğum tarixi 29 dekabr 1893
Doğum yeri Moskva qəzası, Kotelniki k.
Vəfat tarixi 5 iyul 1944 (50 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
  • Pyatnitskoye qəbiristanlığı[d]
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus
Atası İvanoviç
Elmi dərəcələri Tibb elmləri doktoru (1922), professor (1925)
İş yeri
  • Rostov Dövlət Universiteti[d]
Təhsili Moskva Universiteti tibb fakültəsi

Haqqında

redaktə

N. Anserov Moskva Universitetinin tibb fakültəsini bitirmişdir (1916). Perm Universitetində (1923–26), Azərbaycan Dövlət Universitetində (1927–30), Azərbaycan Tibb İnistitutunda (1930–36), eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunda (1931–37), 3-cü Moskva Tibb İnistitutunda (1937–41), Moskva Birləşmiş Tibb İnistitutunda (1941–44) kafedra müdiri işləmişdir. Tədqiqatları insanın həzm orqanlarının ontogenezinin və insan skeletinin qan təchizatının öyrənilməsinə həsr edilmişdir. O, uşaqlarda qarışıq qidalanmaya keçdikdən sonrakı və pubertat dövrlərdə bağırsaqların böyüməsini müəyyən etmişdir (1922). Azərbaycan xalqının antropoloji xüsusiyyətlərinin öyrənilməsində xidmətləri olmuşdur. [1]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 523. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Anserov&oldid=5509288"
LOVE.AZ