. Love.az

Nikolay Avdakov - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Avdakov

Nikolay Stepanoviç Avdakov (rus. Николай Степанович Авдаков; 28 fevral 1847, Staro-Şedrinsk[d], Çeçen-İnquş MSSR – 24 sentyabr 1915) — Rusiya iş adamı, dağ-mədən mühəndisi. Bir sıra mədən və qızıl mədən ortaqlıqlarının idarə heyətinin sədri olmuşdur.

Nikolay Avdakov
rus. Авдаков Николай Степанович
Doğum tarixi 28 fevral 1847(1847-02-28)
Doğum yeri
  • Staro-Şedrinsk[d], Şelkovski rayonu, Çeçen-İnquş MSSR, SSRİ
Vəfat tarixi 24 sentyabr 1915(1915-09-24) (68 yaşında)
Fəaliyyəti sahibkar, mədən mühəndisi

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Əlavə ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Avdakov əsasən Fransadan olmaqla, xarici maliyyə kapitalı ilə sıx bağlı idi. O, Rusiyanın cənubunda keçirilən mədənçilərin qurultaylarında konqreslər şurasının sədri seçilmişdi (1900–1905) və səlahiyyətli, yəni hökumətin nümayəndəsi (1878–1915) olmuşdur. Avdakov "Produqol" şurasının sədri və "Prodamet" şurasının üzvü idi. 1906-cı ildən ticarət və sənaye kuriyasından Dövlət Şurasının üzvü olmuşdur. 1907-ci ildən Rusiyada Sahibkarlar Konqresləri Şuralarının sədri olmuşdur. Avdakov sahibkarlarla hökumət arasında sıx əməkdaşlığın tərəfdarı olmuş, sahibkarlıq təşkilatlarının siyasətsizliyinə çağırış etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ Энциклопедический словарь. 2009. Авдаков Николай Степанович.

Əlavə ədəbiyyat

redaktə
  • Деятели России : 1906 г. / Ред.-изд. А. М. Шампаньер. — СПб., 1906. — С. 47.

Xarici keçidlər

redaktə
  • Портрет Н. С. Авдакова
  • Авдаков Николай Степанович
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Avdakov&oldid=7030446"
LOVE.AZ