. Love.az

Nikolay Nikolski - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Nikolski

Nikolay Vasilyeviç Nikolski (19 (31) may 1878 və ya 7 (19) may 1878[1] – 2 noyabr 1961[1], Kazan) — çuvaş əsilli rus etnoqrafı, folklorçusu.

Nikolay Nikolski
Doğum tarixi 19 (31) may 1878 və ya 7 (19) may 1878[1]
Vəfat tarixi 2 noyabr 1961(1961-11-02)[1] (83 yaşında)
Vəfat yeri
  • Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adı
  • professor[d]
İş yerləri
  • Kazan Müəllimlər Seminariyası[d],
  • Kazan Dövlət Universiteti

Həyatı

redaktə

1878-ci ildə anadan olmuşdur. Kazan İlahiyyat Akademiyasını bitirmiş və orada çuvaş dilindən dərs vermişdir. 1905-ci ildə Kazan Universitetində nəşr edilən "Arxeologiya, tarix və etnoqrafiya" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 1915-ci ildə həmin universitetinin dosentliyini, 1928-ci ildə isə professorluğunu qazanmışdır. O, çuvaş dili, tarixi, etnoqrafiyası və folkloru dərslərini vermişdir. N. Nikolski 1909-cu ildə nəşr olunmuş "Russko-cuvasskij slovar'" adlı lüğətin müəllifi kimi tanınmışdır. Daha sonra onun müəllifliyi altında 1919-cu ildə isə "Kratkij cuvassko-russkij slovar'" çapdan çıxmışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Nikolski&oldid=7865706"
LOVE.AZ