Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağıdakı reaksiya ilə alınır.
Nikotin turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₆H₅NO₂[1] |
Molyar kütlə | 0 kq[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 238 °C[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 59-67-6 |
PubChem | 938, 117629482 |
RTECS | QT0525000 |
ChEBI | 15940 |
ChemSpider | 913 |
B3 vitamininə olan gündəlik tələbat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir:
Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s. hallar baş verir. Tibbi təcrübədə nikotin turşusu və onun amidindən istifadə edilir. Bu vitamin orqanizmdə gedən müxtəlif proseslərdə böyük rol oynayır. Bu vitamin müxtəlif xəstəliklərin və pozulmaların müalicəsində dərman vasitəsi kimi istifadə olunur. Niasin sinir sisteminin və baş beyinin normal fəaliyyətini təmin edir. Bu səbəbdən bu vitamin müxtəlif sinir sistemi xəstəliklərinin (miqren, depressiya, şizofreniya və s.) müalicəsində istifadə olunur.