. Love.az

Nimrud - Wikipedia - Love.az

Ana Səhifə - Nimrud

Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcud olur və eyniadlı əyalətin mərkəzinə çevrilir.

Nimruddan olan Lammasu fiquru. E. ə. 883-859-cu illər. Perqam muzeyi, Berlin

Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb. Şimalda yerləşən qalıqlar ən qədimdir və Aşşurnasirpalın sarayının qalıqlarıdır. Mərkəzdə yerləşən qalıqlar onun sələfi II Salmanasara aiddir. Cənub-qərbdə yerləşən qalıqlar Assarqoduonun bitirilməmiş sarayının qalıqlarıdır. Nimrudda həmçinin kiçik məbədin qalıqları yerləşir. Sarayların divarlarında yerləşən barelyeflər Assuriya mədəniyyətinin öyrənilməsində mühüm mənbələrdir.

2015-ci ilin mart ayında İŞİD terror qruplaşmasının silahlıları Nimrudun qalıqlarını ağır texnika vasitəsilə məhv ediblər[1].

İstinadlar

redaktə
  1. ↑ "İŞİD-dən növbəti vəhşilik: tarixi Nimrud şəhəri ağır texnika vasitəsilə məhv edildi". 2015-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.

Mənbələr

redaktə
  • Brokhauz və Efronun ensiklopedik lüğəti
  • Arxeoloji lüğət
  Vikianbarda Nimrud ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nimrud&oldid=8006111"
LOVE.AZ