Ladoxina Nina | |
---|---|
Ladoxina Nina Petrovna | |
Doğum tarixi | (63 yaş) |
Doğum yeri |
Bakı şəhəri,![]() |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi |
Ladoxina Nina Petrovna — kimyaçı alim, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, dosent, kimya üzrə fəlsəfə doktoru.
Ladoxina Nina Petrovna1962 ildə Baki şəhərində anadan olub. 1969-cü ildə 211 saylı orta məktəbə qəbul olunmuş və 1979 ildə həmin məktəbi bitirmişdir. Ladoxina Nina Petrovna 1984-cü ildə Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin texnologiyası” fakultəsini bitirmişdir və həmin ildə Aşqarlar Kimyasi İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 1989-cü ildə aspiranturaya daxil olmuş və 1993-cü ilin namizədlik dissertasiyası müdafiə etmişdir. “Heterotsiklik aminlərin N-alkoksimetil törəmələri antimikrob aşqarlar kimi” mövzusunda olan dissertasiyasına görə elmi şura onu elmlər namizədi adına layiq görmüşdür. Ladoxina N.P. yüksək elmi nailiyyətinə görə 2006-ci ilin martında Azerbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 2013-cü ildən doktoranturaya qiyabi daxil olmuş və kimya elmləri üzrə (23.06.01 – üzvi kimya ixtisası) elmlər doktoru elmi dərəcəsi almaq üçün, “Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi, bəzi kimyəvi çevrilmələri və xassələrı” dissertasiya mövzusu təsdiq olunmuşdur.
Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi üçün yeni metodların hazırlanması və alınan birləşmələrin biosid aşqarları kimi xüsüsi mayelərə təsirinin öyrənilməsinə həsr olunmuşdır.Sintez olunmuş funksionaləvəzolunmuş sulfamidlərlə metilen qrupunun aktivliyi əsasında 1,2- və 1,3-polyarofil-lərlə heterotsiklizasiya aparılmış və bu reaksiyanın sinxron getdiyi müəyyən edilmişdir. Xloraminlərlə allilxlorid arasındakı reaksiya şəraiti öyrənilmiş və alınan 1,3-dixlorpropilsulf-amidlərin aziridinə çevrilməsi prosesi müəyyən edilmişdir. Alınmış azridinlərlə xlor atomunun nukleofillərlə reaksiyaya girmək qabiliyyəti əsasında bir çox funksionaləvəzolunmuş sulfamidlər sintez edilmiş və alınan maddələrin tətbiqi sahələri araşdırılmışdır. Sulfamidlərin sürtkü yağlarında və sürtkülərdə yoxlanıldıqda müəyyən qanunauyğunluqlar aşkar edilmişdir.
Nina Ladoxina 105 yaxın elmi əsərin, o cümlədən 50 məqalə, 47 məruzələrin tezisləri, 8 patentin müəllifidir.