. Love.az

Ninqican - Wikipedia - Love.az

Ana Səhifə - Ninqican

Ninqican və ya Nnkican[1][2] — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun[3] Cəmiyyət[4] kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur[1][2][5]. Hal-hazırda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir[6][7].

Ninqican
39°47′ şm. e. 46°57′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Ninqican xəritədə
Ninqican
Ninqican
Ninqican xəritədə
Ninqican
Ninqican

Tarixi

redaktə

Azərbaycan SSR-nin 1 yanvar 1961-ci[1] və 1 oktyabr 1963-cü[2] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Nnki kənd Sovetinin tərkibində Nnki (indiki Cəmiyyət[4]), Nnkican kəndləri göstərilir. Azərbaycan SSR-nin 10 iyul 1968-ci[5] və 1 yanvar 1977-ci[8] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində Nnkican kəndi həmin rayonun tərkibində artıq göstərilmir, rayonun Ninki kənd Sovetinin tərkibində isə yalnız Ninki (indiki Cəmiyyət[4]) kəndi göstərilir.

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı[3]. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Ninki kəndi Cəmiyyət adlandırılmışdı[4]. Bununla, vaxtılə mövcud olmuş Nnkican kəndinin ərazisi hal-hazırda Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal-hazırda Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü təsnifatında Nnkcan adında kənd qeyd olunmur[6][7].

Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır[9].

Həmçinin bax

redaktə
  • Bilbilək

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: AZƏRNƏŞR. 1961. 172–173.
  2. ↑ 1 2 3 Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (2). Баку: Азернешр. 1964. 151–152.
  3. ↑ 1 2 "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  4. ↑ 1 2 3 4 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 29 dekabr 1992-ci il. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
  5. ↑ 1 2 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (3). Bakı: Azərnəşr. 1968. 113.
  6. ↑ 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  7. ↑ 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 59–60.
  8. ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (4). Bakı: Azərnəşr. 1979. 115.
  9. ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
Xocavənd rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ninqican&oldid=7985838"
LOVE.AZ