Nisuaz salatı (fr. salade niçoise)-Fransanın Nitsa şəhərinin milli salatıdır[1]. Təzə tərəvəzlər, soyutma yumurta, ançous balığı və zeytun yağından hazırlanır. Həmçinin salata limon suyu və ya şərab uksusu əlavə edilir. Salatın yaranması haqqında isə söyləyirlər ki, onun hazırlanması zamanı məşhur xorioqraf Corc Balançin iştirak etmişdir[2]. Nitsanın keçmiş meri Jak Medesenin fikrinə görə Nisuaz salatına düyü, kartof, yaşıl lobya, soyutma tərəvəzlər qatmaq olmaz.