Niyazi Mehdi (tam adı: Mehdiyev Niyazi Musa oğlu; 26 fevral 1951, Bakı – 28 fevral 2025, Bakı) — filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru.
Niyazi Mehdi | |
---|---|
May 2001 – ? | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1992 – May 2001 | |
Başqan | İsa Qəmbər |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum adı | Niyazi Musa oğlu Mehdiyev |
Doğum tarixi | 26 fevral 1951(1951-02-26) |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 2025(2025-02-28) (74 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | filosof, ədəbi tənqidçi, tərcüməçi, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fəlsəfə, ədəbi tənqid |
Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1968–1973). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır (1973–1976). M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977–1982), baş müəllim (1982–1984) işləmişdir. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub.[1]
Ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.
Niyazi Mehdi 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olmuşdur.[2]