. Love.az

Nizami Memmedov Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Nizami Memmedov Milli Qehreman
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Nizami Məmmədov.

Nizami Məmmədov (12 yanvar 1958, Stepanakert – 29 mart 1992, Şuşa, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Nizami Məmmədov
Nizami Murad oğlu Məmmədov
Doğum tarixi 12 yanvar 1958(1958-01-12)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 mart 1992(1992-03-29) (34 yaşında)
Vəfat yeri
  • Şuşa, Şuşa rayonu[d], DQMV, Azərbaycan
Dəfn yeri
  • Dəymədağlı
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Xatirəsi
  • 5 Həmçinin bax
  • 6 Mənbə
  • 7 İstinadlar

Həyatı

redaktə

12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975–1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir.

Döyüşlərdə iştirakı

redaktə

Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah–sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı əbədiyyətə qovuşdu.

Ailəsi

redaktə

Evli idi, üç oğlu yadigar qalıb.

Xatirəsi

redaktə

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi
  • Erməni terrorizmi
  • Azərbaycanlıların Soyqırımı Günü

Mənbə

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 203.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nizami_Məmmədov_(hərbçi)&oldid=7947641"
LOVE.AZ