. Love.az

Nobert Yevdayev - Wikipedia - Love.az

Ana Səhifə - Nobert Yevdayev

Nobert Yevdayev (1929, Bakı – 20 noyabr 2022, ABŞ) — şair, yazıçı, rəssam, jurnalist.

Nobert Yevdayev
Doğum tarixi 1929
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 noyabr 2022(2022-11-20)
Vəfat yeri
  • ABŞ
Fəaliyyəti rəssam, şair, jurnalist
Əsərlərinin dili rus dili
Mükafatları "Tərəqqi" medalı

1929-cu ildə Bakıda anadan olmuşdur. Şair, yazıçı, rəssam, jurnalist və bir sıra elmi işlərin müəllifidir. 1989-cu ildən ABŞ-də yaşayan həmyerlimiz orada Azərbaycanın AZEM Həmyerlilər Birliyinin sədridir. 2003-cü ildən Nyu Yorkda təsis etdiyi, rus və ingilis dillərində nəşr olunan "Novıy Rubej" qəzetinin baş redaktorudur.

Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil etmişdir. Amerikadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Nobert Yevdayev dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1].

İstinadlar

redaktə
  1. ↑ Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə bir qrup ictimai xadimin təltif edilməsi haqqında [ölü keçid]

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nobert_Yevdayev&oldid=7028404"
LOVE.AZ