. Love.az

Nobutsuna Sasaki - Wikipedia - Love.az

Ana Səhifə - Nobutsuna Sasaki

Nobutsuna Sasaki (佐佐木 信綱?, 8 iyul 1872[1][2], Suzuka[d], Mie prefekturası – 2 dekabr 1963, Kamakura, Kanaqava prefekturası) – Yaponiya ədəbiyyatşünası və vaka şairi.

Nobutsuna Sasaki
yap. 佐佐木信綱
Doğum tarixi 8 iyul 1872(1872-07-08)[1][2]
Doğum yeri
  • Suzuka[d], Mie prefekturası, Yaponiya
Vəfat tarixi 2 dekabr 1963(1963-12-02) (91 yaşında)
Vəfat yeri
  • Kamakura, Kanaqava prefekturası, Yaponiya
Dəfn yeri
  • Yanaka qəbiristanlığı[d]
Təhsili
  • Tokio Universiteti
Fəaliyyəti şair, yazıçı, vaka şairi
Üzvlüyü
  • Yaponiya Elmlər Akademiyası
Mükafatları "Mədəniyyət" ordeni (Yaponiya) — 1937
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir.[3] 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır.[3]

Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir.[3] İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır.[3] 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir.[3] O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır.[3] 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir.[3] 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.[3]

1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır.[3] 1937-ci ildə Mədəniyyət ordeni ilə təltif olunmuşdur.[3] "Sakka haçicuninen" (1959) kimi bəzi avtobioqrafiyaların müəllifidir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Sasaki Nobutsuna // SNAC (ing.). 2010.
  2. ↑ 1 2 Nobutsuna Sasaki // Find a Grave (ing.). 1996.
  3. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 20 iyul 2022.

Xarici keçidlər

redaktə
  • Nobutsuna Sasaki  (ing.) Find a Grave saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nobutsuna_Sasaki&oldid=7661854"
LOVE.AZ