Norio Sakuray[a] (桜井のりお, Sakuray Norio?, 1 iyul 1985[1], Aqeo[d], Saytama prefekturası) – Yaponiya manqakası. "The Dangers in My Heart" manqa seriyası onun ən uğurlu işi hesab olunur.
Norio Sakuray | |
---|---|
yap. 桜井のりお | |
Doğum tarixi | 1 iyul 1985(1985-07-01)[1] (39 yaş) |
Doğum yeri |
|
Komiks fəaliyyəti | |
Sahəsi | manqaka |
Əsas işləri |
|
Norio Sakuray Saytama prefekturasının Aqeo şəhərində doğulmuşdur.[3] 2003-cü ildə "Kochira Kanojo, Koumon Mae" manqası ilə debüt etmişdir.[4] Onun ilk əsas işi sayılan "Mitsudome" manqa seriyası 2006-cı ildə "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır. Manqa əsasında anime serialı çəkilmişdir.[5] O, 2014-cü ildə manqa üçün "Hobo Shūkan Mitsudomoe" adlı spin-off manqası hazırlamışdır.[6] 2016-cı ildə "Rororro!" adlı qısa manqa seriyası nəşr olunmuşdur. Manqa dostluq qurmaqda çətinlik çəkən Çitose adlı qız haqqındadır.[7] Sakuray 2017-ci ildə manqanı uzun seriyaya çevirmiş və manqa 30 aprel 2020-ci ilə qədər serializasiya olunmuşdur.[8]
Sakurayın əsas işi sayılan "The Dangers in My Heart" manqa seriyası 8 mart 2018-ci ildə "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır.[9] Manqa seriyası əsasında 2023–2024-cü illərdə iki mövsüm davam edən anime serialı çəkilmişdir.[10] Sakuray öz rəsmi "Twitter" hesabı vasitəsilə manqanın "Twi-Yaba" adlı spin-offunu da yayımlayır.[11]
Sakuray 2003-cü ildə Akatsuka Mükafatının və "Kidney Problem" manqasına görə "Weekly Shonen Champion" jurnalının Gənc Manqa Mükafatının qalibi olmuşdur.[2] 2020-ci ildə "The Dangers in My Heart" manqasına görə Növbəti Manqa Mükafatını qazanmışdır.[12]