. Love.az

Norman Uizdom - Wikipedia - Love.az

Ana Səhifə - Norman Uizdom

Norman Uizdom — Britaniyalı komik

Norman Uizdom
Doğum tarixi 4 fevral 1915
Doğum yeri
  • Marlibon[d], Vestminster borosu, Böyük London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 4 oktyabr 2010 (95 yaşında)
Vəfat yeri
  • Men adası
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti komediyaçı, ssenarist, musiqiçi, müğənni-mahnı yazarı, bəstəkar, müğənni, teatr aktyoru, kino aktyoru, film prodüseri, televiziya aktyoru
Fəaliyyət illəri 1948-ci ildən
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti (Birləşmiş Krallıq) — 1995 Cəngavər bakalavrı (Birləşmiş Krallıq) — 2000
IMDb ID0936295
normanwisdom.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında "Mister Pitkin düşmən arxasında", "Mister Pitkin xəstəxanada" və "Mister Pitkin baş-ayaq" filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib.

Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib. Nəhayət 2010-cu ilin 4 oktyabrında Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Norman_Uizdom&oldid=6636931"
LOVE.AZ