Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. (avqust 2024) |
Nqanasan dili — nqanasanların dili. Köhnə adlanması — tavgiy dili və ya tavgiy-samoyed dili. Rusiya Federasiyasının Krasnodar diyarının Taymır rayonunun Ust-Avam, Voloçanka və Novaya qəsəbələrində məskunlaşıblar. Samodi dillərinin şimal qrupuna aiddir.
Nqanasan dili | |
---|---|
Orijinal adı | Ня’’ сиәде |
Ölkə | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | kiril əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | nio |
Dilin strukturlarının dünya atlası | nga |
Atlas of the World’s Languages in Danger | 491 |
Ethnologue | nio |
Linguasphere | 41-CAA-ad |
ELCat | 2893 |
IETF | nio |
Glottolog | ngan1291 |
2010-cu ildə 862 nəfər nqanasanlıdan 125-i bu dildə danışa bilirdi. Bütün nqanasanlılar rus dilində, bəziləri isə dolqan və enes dilində danışırlar. Bir birini başa düşən avam və xataqan ( vadeyev) dialektinə bölünür.
Hal-hazırda nqanasan dili dolqan dili tərəfindən assimilyasiya olunur. Bu dildə əsasən 60 yaşından yuxarı insanlar danışır.
Nqanasan dili Rusiyada yerli azsaylı xalın dili statusuna malikdir.
2000/01-ci dərs ili məlumatına görə nqanasan dili Voloşanka və Ust-Avam qəsəbə məktəblərinin 1-9 siniflərində tədris edilir. Həmçinin nqanasan dili Sankt-Peterburqdakı Şimal Xalqlarının İnstitutunda öyrənilir.
Nqanasan dilində arada «Taymır» əzetində materiallar dərc edilir. Nqanasan dilində həmçinin Dudinka radiostansiyasında həftədə beş dəfə hərəsi 15 dəqiqə olan verilişlər hazırlanır.