Nubar Ozanyan (erm. Նուպար Օզանեան)[3] və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Birinci Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Birinci Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub.
Nubar Ozanyan | |
---|---|
erm. Նուպար Օզանեան | |
![]() | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Orxan Bakırcıyan (Psevdonim) |
Doğum tarixi | |
Doğum yeri | Yozğad, Türkiyə |
Vəfat tarixi | (61 yaş) |
Vəfat yeri | Raqqa, Suriya |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü | |
Xidmət illəri | 1980–2017[1] |
Rütbəsi | Rocavadakı TİKKO əməliyyatlarının komandiri[2] |
Döyüşlər |
Türkiyədə Maoist qiyamı İlk Fələstin İntifadası Livan vətəndaş müharibəsi Birinci Qarabağ müharibəsi Türk–kürd münaqişəsi Suriya vətəndaş müharibəsi |
Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş,[1][4] orada Yılmaz Güneyi müdafiə etmişdir.[2] Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur. Ozanyan 1988-ci ildə, İlk Fələstin İntifadası zamanı Fələstinə getmiş, orada Fələstin Xalq Azadlıq Cəbhəsinə qoşulub İsrail qüvvələri ilə döyüşmüşdür.[2][5][6] O, 1991–1992-ci illərdə Dağlıq-Qarabağ müharibəsində iştirak etmiş və qətliamlar törədmişdir.[7][8] Ozanyan 1992-ci ildə Türkiyənin Tunceli ilinə qaçmış və oradakı yerli Maoist qiyamına qoşulmuşdur.[4] Ozanyan bu dövrdə TKP/ML partiyasının yüksək rütbələrinə çatmış, partiyanın mühüm təşkilatçısı, ideoloqu, hərbi məşqçisi cəbhə komandiri olmuşdur.[2]
Ozanyan 2013-cü ildə İraq Kürdüstanında TİKKO döyüşçülərinə təlim keçmişdir. O, 2015-ci ilin iyul ayında Suriyada yeni yaradılan Beynəlxalq Azadlıq Batalyonunun komandirlərindən biri olmuşdur. Bu vaxtlarda o, Türkiyədəki TKP/ML partiyasının fəaliyyətini davam etdirməyə cəhd göstərmişdir. Buna görə Ozanyan, 2017-ci ilin əvvəllərində Türkiyənin Tunceli ilinə getmiş, ancaq çox vaxt keçməmiş Şimali Suriyaya geri qayıtmışdır. Nubar Ozanyan İŞİD-in de-fakto paytaxtı olan Raqqadakı döyüşə qoşulmuş, 14 avqust 2017-ci il tarixində isə 61 yaşında vəfat etmişdir.[9]
Ozanyanın ölümü TKP/ML partiyası, İstanbul-əsaslı erməni Nor Zartonk hərəkatı,[3][10] BİXPQ,[2][4][6] TXAP-C/MLSTB,[11] AMLP,[12] və FXAC tərəfindən gileylənmişdir.[5]
Nubar Ozanyan erməni, türk və rus dillərində oxuya, yaza və danışa bilirdi. Bir neçə kitabı erməni dilinə tərcümə etmişdir.[13]